Karlos Maria Dominges

Kağiz ev

Kembric universitetində ispan ədəbiyyatını tədris edən Blyuma Lennon həlak olur. Kitab oxuya-oxuya yolu keçərkən onu maşın vurur…
Təsadüfənmi? Əlbəttə!
Amma mərhum ədəbiyyatşünas-alimin keç­mi­şində aqibətinə aparan hansısa sirr var…
Blyumanın üç keçmiş sevgilisindən biri, həmkarı, həm də sonradan kafedrada onun yerini tutmağa iddialı şəxs təsadüfi ölümə şübhə edir. Çünki qadının ölümündən sonra o, gecikmiş bir bağlama alır. Əsl sahibinə çatmamış bu qəribə bağlamada müəmmalı bir əşya var — kitab. Üzqabığı sement və inşaat tozu ilə örtülmüş nəşrdəki xatirə qeydi Blyuma Lennonun keçmişinə gedən cığır, onun “iç üzünü açan” izdir. Bəs bu xəsis sətirlər arxasında nə sirr gizlənib? O nəyin rəmzi, yaxud nəyə eyhamdır?
Yollayanın ünvanı yoxdur, tanışlar, dostlar siyahısında da onun adı keçmir…
65 бумажных страниц
Правообладатель
Qanun Nəşriyyatı

Похожие книги

Впечатления

    Hümbətova ülkərделится впечатлением3 года назад

    Kitab haqqında qərar verə bilmirəm... bəzi hissələri maraqlı bəzi hissələri isə olduqca darıxdırıcı idi. Ümumiyyətlə isə Bu kitabın mənə bir şey qatdığını deyə bilmərəm...

    Lacivərd Məmmədovaделится впечатлением3 года назад
    🌴В отпуск

    Safondan sonra kiminsə mistik kitab alması və bunu araşdırması elə də maraqlı gəlmir. Hər şey adama bəsit görünür. Həcmcə kiçikdir. O müqayisəni aparmasaydım həttə əsərdən zövq də almaq olardı. İndi siz kitabdan danışarsız, mən isə qadınlardan. Bu kitab qadınlardarın acgözlüyü haqqındadır.
    Yadımdan çıxmışdı. Tərcümə bərbaddır. Hər şeyi hərfi tərcümə ediblər. Nəticədə elə sözlər çıxıb ki, öz dilimizi də lüğətlə oxumaq istəyirsən. Bunlar niyə rahat olmurlar?

    Şəbnəmделится впечатлением3 года назад

    Məzmunu o qədər də ağır deyil, mətn səni özünə bağlayir və tez oxunur. Düşündürmək baximindan yararsızdır.
    P.s Özü yüngül, içi yüngül..

Цитаты

    Günay İmanovaцитирует2 месяца назад
    Səhifələrini artıq çevirə bilməyəcəyimiz, amma adını söyləyərkən, səsdəki köhnə və bəzən itirilmiş hisslər duyulan kitaba həsrət qalınca, onları itirmək daha yaxşıdı.
    Gunel Najafovaцитирует5 лет назад
    Yataqda kitab oxuduğumu görəndə nənəm həmişə deyərdi: “Bu işin başını burax, kitabdan ancaq xətər gələr”. İllər boyu fikirləşirdim ki, bu sözlər onun nadanlığının dəlilidir, ancaq zaman göstərdi ki, alman mənşəli nənəm əslində, müdrik qadınmış.
    Sabi Bunyadlıцитируетв прошлом году
    Çox vaxt kitabdan qurtulmaq onu əldə eləməkdən daha çətindi.

На полках

fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз