Lacivərd Məmmədova
Lacivərd Məmmədovaделится впечатлениемв прошлом году
👍Советую
💡Познавательно
🎯Полезно

Kitabın müəllifi olan xanımlar tibb təhsili almaqda olan tələbələrdir, kitabı yazmağa onları həvəsləndirən əsas faktor isə "Möcüzəvi bağırsaq" kitabının da tələbələr tərəfindən yazılması olduğunu bildirirlər. Elə bu addım, müəlliflərin bu istəyi kitabı oxumağım üçün əsas dəyərlərdən biri oldu. Ümumilikdə kitab demək olar ki forumlarda tez-tez səslənən və ya səsləndirilmək istənməyən, amma hamının bilmək istədiyi mövzu, problem və onların həll yolları üzərində qurulub. Mövzunun incəliyini nəzərə alsaq, (adətən xanımlar ölüm ayağında olmasalar heç həkim kabinetinin qapısının yanından da keçmirlər) xəstəliklər, onların simptomları və hal-hazırda dünyada mövcüd olan müalicə üsulları barədə çox gözəl izahatlar verilib. Kitabın ən gözəl yanı rus dilinə tərcümə zamanı mövcüd segmentin nəzərə alınmasıdır. Yəni sizə misal üçün, həkimin məsləhət görəcəyi üsul, dərman yaxud qorunma vasitəsi lazımdırsa, bu Rusiyanın dərman bazarında olan və səhhiyəsində tətbiq edilən vasitələrdən misal çəkilir. Qeyd edilir ki, başqa ölkələrdə bu var, amma Rusiyada başqa vasitələrdir. Bu cəhətdən bu bölmə vacibliyinə baxmayaraq, aktuallığını biraz itirir. Bizim həkimlər də başını qaldırıb demirik kitab yazın heç olmasa tərcüməçiyə öz məsləhətlətini versələr pis olmaz. Dövlət niyə məktəblərdə bu mövzuda maarifləndirmə ilə məşğul deyil mənə hələ də çatmır. Bilirsiniz ki, 25 yaşına çatmış xanımlara Norveç höküməti özü mütləq şəkildə həkim qəbuluna dəvətnamə göndərir? #ərəgetdüzələcək

Войти или зарегистрироваться, чтобы комментировать
fb2epub
Перетащите файлы сюда, не более 5 за один раз